"Barselona"nın baş məşqçisi futbolçularına XƏBƏRDARLIQ ETDİ

"Barselona"nın baş məşqçisi futbolçularına XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: "Barselona"nın baş məşqçisi futbolçularına XƏBƏRDARLIQ ETDİ
591323
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kataloniya klubunun baş məşqçisi komandasını arxayınlaşmamağa çağırıb.

Bizim.Media xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçularını qələbə eyforiyasına qapılmamaq barədə xəbərdar edib.

Almaniyalı mütəxəssis mətbuat konfransında komandadakı əhval-ruhiyyə ilə bağlı bu fikirləri səsləndirib:

"Eyforiyadan qaçmaq lazımdır. Mən məhz bunu "Rasinq"lə oyundan əvvəl futbolçulara demişdim. Uğur bir dəfə və həmişəlik qazanılmır, onun üzərində hər gün işləmək lazımdır. İstər "Rasinq", istər "Real Sosyedad"la oyunlarda, istərsə də hər məşqdə eyni ciddiyyəti qorumalıyıq. Düzgün münasibət və mentalitet bizi qələbələrə aparır. Azarkeşlərimiz xatirinə maksimum gücümüzü ortaya qoyaraq bu ruhu saxlamalıyıq".

Xatırladaq ki, kataloniyalılar İspaniya Superkubokunun finalında əzəli rəqibləri "Real"a 3:2 hesabı ilə qalib gələrək kuboka sahib çıxıblar.

Qeyd edək ki, "Barselona" yanvarın 18-də, bazar günü La Liqa çərçivəsində səfərdə "Real Sosyedad"ın qonağı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO