"Qarabağ"ın oyununun biletləri SATIŞDA

"Qarabağ"ın oyununun biletləri SATIŞDA

Hazırda oxunan: "Qarabağ"ın oyununun biletləri SATIŞDA
585270
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxıb.

Bizim.Media xəbər verir ki, biletlər bu gün saat 13:00-dan etibarən satışdadır.

Biletləri iTicket.az-da onlayn şəkildə əldə etmək mümkündür. Oyun günü isə biletləri həm də "Azersun Arena”nın kassasında satılacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Xatırladaq ki, dekabrın 14-də keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" matçı 17:30-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO