Türkiyənin pley-off mərhələsindəki potensial RƏQİBLƏRİ

Türkiyənin pley-off mərhələsindəki potensial RƏQİBLƏRİ

Hazırda oxunan: Türkiyənin pley-off mərhələsindəki potensial RƏQİBLƏRİ
581344
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DÇ-2026-nın seçmə mərhələsində öz qrupunu ikinci pillədə tamamlayan Türkiyə millisinin pley-off oyunlarındakı potensial rəqibləri bəlli olub.

Bizim.Media xəbər verir ki, püşkatmada 1-ci səbətdə yer alacaq “ay-ulduzlular” 4-cü səbətdəki 4 komandadan biri - Rumıniya, İsveç, Şimali İrlandiya və ya Şimali Makedoniya ilə yarımfinal oyununa çıxacaq. Qalib gələn yığmalar finala vəsiqə qazanacaqlar.
 

Pley-off matçlarında ümumilikdə 16 kollektiv iştirak edəcək. Onlardan 12-si seçmə mərhələnin qrup ikinciləri, 4-ü isə UEFA Millətlər Liqasından (Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya) gələn komandalardır.


Yığmalar püşkatma öncəsi hərəsində 4 komanda olan 4 səbətə bölünüb. Birinci səbətdə yer alan ölkələr dördüncü, ikinci səbətdəki yığmalar isə üçüncüdə qrupdakı kollektivlərlə qarşılaşacaqlar.

1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka

2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya

3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina

4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya
 

Pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfina və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. 1 və 2-ci səbətlərdə olan komandalar ilk oyunlarını öz meydanında keçirəcəklər. 


Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 20-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO