Futbolçu transferlərinə 2 milyard 90 milyon dollar xərclənib

Futbolçu transferlərinə 2 milyard 90 milyon dollar xərclənib

Hazırda oxunan: Futbolçu transferlərinə 2 milyard 90 milyon dollar xərclənib

53755
Bu il Avropada futbolçu transferlərinə rekord məbləğdə pul xərclənib.

Avropanın "Böyük Beşlik" ölkələri olan İngiltərə, İspaniya, Fransa, Almaniya və İtaliyanın futbol klubları yayda transferlərə 2 milyard 90 milyon dollar xərcləyib ki, bu da ötən ilin göstəricisindən 70 milyon dollar çoxdur. 

Qeyd edək ki, yay transfer pəncərəsi sabah - sentyabrın 1-də bağlanmalıdır. Həmin vaxta kimi "Monako"-nun kolumbiyalı hücumçusu Radamel Falkaonun da "Real Madrid"ə keçəcəyi gözlənilir. Kolumbiyalı futbolçunu transfer etmək istəyən klublar arasında "Juventus" və "Mançester Siti" də var. 

Bu il transferlərə ən çox pul xərcləyən klublar İngiltərə komandaları olublar - 43 faiz. İkinci yerdə İspaniya klubları gəlir ”“ 25 faiz.

İngilis klubları təkcə ispaniyalı oyunçuların alınmasına 300 milyon dollar xərcləyib. İspaniya klubları 600 milyon dollar xərcləyiblər. Almaniya klublarının oyunçu almağa xərcləri keçən illə müqayisədə 25 faiz artaraq 300 milyon dollara çatıb.

İtaliya klublarının bu yayda transferlərə xərclədiyi məbləğ 200 milıyon dollardır. Bu da 1 il əvvəllə müqayisədə 45 faiz azalma deməkdir.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO