"Yuventus" Ronaldo ilə vidalaşdı 

Hazırda oxunan: "Yuventus" Ronaldo ilə vidalaşdı 

34934

İtaliya "Yuventus"u İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştiano Ronaldo ilə vidalaşıb.

Bizim.Media Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qoca sinyora" 36 yaşlı hücumçuya təşəkkür edib.

Təcrübəli forvard "Yuventus"a  2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.

Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO