Çempionlar Liqasında bu gün daha 7 oyun olacaq

Çempionlar Liqasında bu gün daha 7 oyun olacaq

Hazırda oxunan: Çempionlar Liqasında bu gün daha 7 oyun olacaq
29296
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 7 görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, bununla da raundun ilk oyunlarına yekun vurulacaq.

Günün ilk oyunu Qazaxıstanda "Kayrat" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında baş tutacaq. Asim Xudiyevin hakim-inspektor olacağı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Gecənin maraqlı görüşlərindən biri Niderlandda gerçəkləşəcək. Türkiyə "Qalatasaray"ı avrokubok mövsümünə PSV matçı ilə start verəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu saatda həmçinin "Olimpiakos" (Yunanıstan) - "Neftçi" və "Legiya" (Polşa) - "Flora" (Estoniya) qarşılaşmaları oynanılacaq.

Bakı klubu çətin Yunanıstan səfərində, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Varşava təmsilçisi isə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq.

"Olimpiakos" - "Neftçi" cütü üçün iki qarşılaşma mühüm əhəmiyyət kəsb edir. Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Kayrat" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya)

21:00. "Malmö" (İsveç) - HİK (Helsinki, Finlandiya)

22:00. Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)

22:30. “Slovan” (Slovakiya) - “Yanq Boyz” (İsveçrə)

23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)

23:00. “Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan)

23:00. “Legiya” (Polşa) - “Flora” (Estoniya)

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu ötən gün keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO