“Barselona”nın baş məşqçisi: “Yamalın nə vaxt qayıdacağını bilmirik”

“Barselona”nın baş məşqçisi: “Yamalın nə vaxt qayıdacağını bilmirik”

Hazırda oxunan: “Barselona”nın baş məşqçisi: “Yamalın nə vaxt qayıdacağını bilmirik”
273979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın “Real Madrid”lə oyuna (26 oktyabr) qədər sağalıb-sağalmayacağı haqda suala cavab verib.

Bizim.Media xəbər verir ki, klub 3 oktyabrda açıqlayıb ki, futbolçunun qasıq nahiyəsində ağrılar yenidən başlayıb.

Bildirilib ki, o, 2-3 həftə meydandan kənarda qala bilər.

Flik deyib: “Biz bilmirik, Lamin nə vaxt qayıdacaq. Onda əzələ zədəsi yoxdur, buna görə təxmin etmək çətindir. Ola bilər 2, 3 ya da 4 həftə sonra qayıtsın.
 

Bilmirəm, ‘El-Klasiko’ya hazır olacaqmı. O, bərpa qrupunda çalışacaq. Proses addım-addım gedəcək”.


Xatırladaq ki, “Barselona” ilk dəfə 13 sentyabrda Yamalaın qasıq nahiyəsində narahatlıq hiss etdiyini açıqlamışdı. 28 sentyabrda isə klub onun sağaldığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO