Çempionlar Liqası: “Barselona” – “İnter” oyununda 6 qol vuruldu – VİDEO

Çempionlar Liqası: “Barselona” – “İnter” oyununda 6 qol vuruldu – VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: “Barselona” – “İnter” oyununda 6 qol vuruldu – VİDEO
246972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, bu raundun ikinci matçı İspaniyada “Barselona” və İtaliya “İnter”i arasında keçirilib. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 1-ci dəqiqədə qonaqlar açıblar. Milan təmsilçisinin heyətində Markus Tyuram fərqlənib. İtaliya klubu 21-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıb.

“Barselona” 21-ci dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb. Lamin Yamal uzaq küncü dəqiq nişan alıb. 38-ci dəqiqədə isə Ferran Torres tarazlığı bərpa edib. İlk hissə bu hesabla yekunlaşıb. 64-cü dəqiqədə Dümfris “İnter”i yenidən hesabda önə çıxarıb. Görüşdə son nöqtəni isə Rafinya qoyub.

Komandalar arasında cavab oyunu mayın 6-da Milan şəhərində keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda Fransanın PSJ klubu İngiltərədə “Arsenal”a 1:0 hesabı ilə qalib gəlib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO