
- A-
- A
- A+
İdman
13:16 / 18.04.2025
1 dəq oxunma
Akrobatlarımızdan Avropa çempionatının ilk günündə DÖRD MEDAL
Hazırda oxunan: Akrobatlarımızdan Avropa çempionatının ilk günündə DÖRD MEDAL
244822
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Akrobatika üzrə Azərbaycan yığması Lüksemburqda keçirilən Avropa çempionatında medal hesabını açıb.
Bizim.Media xəbər verir ki, böyüklərin yarışının ilk günündə komandamız bir qızıl, bir gümüş və iki bürünc mükafat qazanıb.
Qarışıq cütlüklərdə temp hərəkətlərində qitənin ən güclüsü titulunu qoruyan Ağasif Rəhimov və Raziyə Seyidli çempion olublar. Kişi duetlərin yarışmasında balans kompozisiyasında Daniel Abbasov və Murad Rəfiyev gümüş qazanıblar.
Kişilərin qrup yarışında isə balans hərəkətlərində Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərov bürünc medala sahib çıxıblar.
Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadın qrupu templə hərəkətlərdə üçüncü olub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
































































































