Güləşçilərimiz Avropa çempionatında beş medal QAZANDILAR

Güləşçilərimiz Avropa çempionatında beş medal QAZANDILAR

Hazırda oxunan: Güləşçilərimiz Avropa çempionatında beş medal QAZANDILAR
238672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kiloqramlarda medalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kiloqram) finalda ermənistanlı Levik Mikayelyana 1:2 hesabıyla məğlub olub və U23 Avropa çempionatında gümüş medal qazanıb.

Ağanəzər Novruzov (74 kiloqram) həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşıb. İlk hissədə 0:5 geri düşən həmyerlimiz görüşün sonlarında fəallaşıb. Rəqibindən 4 xal almağı bacaran Novruzov minimal fərqlə məğlub olub və fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Arseniy Djioyev (86 kiloqram) finalda fransalı Raxim Maqamadovla üz-üzə gəlib. Görüşün əvvəlindən sonunadək dominant olan təmsilçimiz 9:2 hesablı qələbəylə Avropa çempionu olub və Tiranada himnimizi səsləndirib.

Sadiq Mustafazadənin (92 kiloqram) bürünc medal uğrunda gürcüstanlı Sandro Kuraşviliylə qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibini 5:3 hesabıyla üstələyən Sadiq bürünc medalı boynundan asıb.

Yusif Dursunov (125 kiloqram) gündüz seansında baş tutan təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskini mübarizədən kənarlaşdırıb – 4:2. Həmyerlimiz axşam seansında türkiyəli Efe Ala isə “tuş”la qalib gələrək üçüncü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO