Yüksək Liqa: Lider növbəti qələbəsini QAZANDI

Yüksək Liqa: Lider növbəti qələbəsini QAZANDI

Hazırda oxunan: Yüksək Liqa: Lider növbəti qələbəsini QAZANDI
230542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VI tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.

Qarşılaşmalar GİN-in Voleybol Mərkəzində keçirilib. Bütün matçlarda quruhesablı qələbə qazanan “Murov Az Terminal” setə həsrət qalan MOİK-i sınağa çəkib. Komandalar eyni nətəcəyə imza atıblar. Autsayder liderlə görüşdə də set qazana bilməyib.

Turnir cədvəlindəki qonşular “Azərreyl” və “Neftçi” 4-cü qələbə üçün mübarizə aparıb. Üstün olan "dəmiryolçular" 2-ci pilləyə yüksəliblər.

Yüksək Liqa (kişilər)

VI tur

17 yanvar

16:00. MOİK - “Murov Az Terminal” - 0:3 (17:25, 21:25, 14:25)

GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - “Neftçi” - 3:0 (25:23, 25:14, 25:20)

GİN-in Voleybol Mərkəzi

Qeyd edək ki, tura sabah baş tutacaq “Xilasedici” - “Gənclər” matçı ilə yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO