2034-cü ildə futbol üzrə dünya çempionatı yanvarda KEÇİRİLƏCƏK?

2034-cü ildə futbol üzrə dünya çempionatı yanvarda KEÇİRİLƏCƏK?

Hazırda oxunan: 2034-cü ildə futbol üzrə dünya çempionatı yanvarda KEÇİRİLƏCƏK?
223486
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2034-cü ilin futbol üzrə dünya çempionatı Ramazan ayına görə oktyabr - noyabrda yox, yanvar ayında keçirilə bilər.

Bizim.Media xəbər verir ki, FIFA gələn həftə keçiriləcək konqresində 2030 və 2034 mundiallarının ev sahiblərini təsdiqləyəcək.

Yeganə namizəd kimi 2034-cü ildə keçiriləcək dünya çempionatının Səudiyyə Ərəbistanında olacağı artıq məlumdur.

2034 mundialı təqvim baxımından Qətər-2022-ni xatırladacaq.

Qeyd edək ki, körfəz ölkələrində yayda 45 dərəcəyə çata bilən həddindən artıq istilər səbəbindən dünya çempionatının qışda keçirilməsi qərarının veriləcəyi gözlənilir.

Turnir iki il əvvəl noyabr-dekabr aylarında baş tutsa da, 2034-cü ildə həmin dövr müsəlmanların müqəddəs Ramazan ayına təsadüf edəcək.

Bu səbəbdən mundialın yanvar ayında təşkil olunacağı istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO