"Bəxtəvərsiniz ki, belə stadionunuz var" - Estoniya millisinin baş məşqçisi

"Bəxtəvərsiniz ki, belə stadionunuz var" - Estoniya millisinin baş məşqçisi

Hazırda oxunan: "Bəxtəvərsiniz ki, belə stadionunuz var" - Estoniya millisinin baş məşqçisi
221016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının 5-ci turunun Azərbaycanla 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
 

Bizim.Media xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- Keçirilən iki oyun çərçivəsində Estoniya millisi Azərbaycanı nədə üstələdi?

- Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.

- Qarşınıza hansı hədəflər qoyulub?

- Milli komandanın irləliləyişini təmin etmək. Üzərində işlənəli olduğumuz çox şey var.

- Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiniz?

- Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.

- Qəbələ şəhəri və stadion barədə nə düşünürsünüz?

- Stadionu çox bəyəndim. Çox bəxtəvərsiniz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO