UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Bizim.Media UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Sportinq"in hücumçusu Viktor Qyökereş olub. 26 yaşlı isveçli hücumçu sorğuda Luis Dias ("Liverpul"), Karim Konate ("Zalzburq") və Nikolas-Herrit Kyunu ("Seltik") qabaqlayıb.
Qeyd edək ki, Viktor Qyökereş "Sportinq"in "Mançester Siti"ni 4:1 hesabı ilə məğlub etdiyi görüşdə 3 qol vurub. O, bu mövsüm Portuqaliya klubunun heyətində 17 oyuna çıxaraq 23 qol vurub və 4 qolun ötürməsini edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:29 / 08.11.2024
ÇL-də həftənin ƏN YAXŞISI seçildi
Hazırda oxunan: ÇL-də həftənin ƏN YAXŞISI seçildi
Hazırda oxunan: ÇL-də həftənin ƏN YAXŞISI seçildi
219747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.