"Qarabağ" 9 nəfərlə məğlub oldu - VİDEO

"Qarabağ" 9 nəfərlə məğlub oldu - VİDEO

Hazırda oxunan: "Qarabağ" 9 nəfərlə məğlub oldu - VİDEO
217658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edib.
 

Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olub.


Lakin buna qədər Ağdam klubu iki dəfə Avropa Liqasının təsnifatının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşıb. Bir dəfə (2009-cu il) mərhələ adlayan hollandlar, bir dəfə isə "Qarabağ" (2014-cü il) olub. Bununla belə, bu matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb. Oyunlardan 3-ü heç-heçə bitib, 1-də isə "Tvente" qələbə qazanıb.

"Qarabağ" hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2).

Aktivində 4 xal olan "Ayaks" isə 8-ci pillədədir. Komanda 1-ci turda "Beşiktaş"ı darmadağın edib (4:0), 2-ci turda "Slaviya" ilə bərabərə qalıb (1:1).




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO