“Neftçi” “Beşiktaş”ın futbolçusunu TRANSFER EDİR?

“Neftçi” “Beşiktaş”ın futbolçusunu TRANSFER EDİR?

Hazırda oxunan: “Neftçi” “Beşiktaş”ın futbolçusunu TRANSFER EDİR?

216357

Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Berkay Vardar Premyer Liqamızda oynamağa yaxındır.

Bizim.Media xəbər verir ki, “Beşiktaş”ın yetirməsi, yayda bu klubdan ayrılaraq “Fatih Karagümrük”ə keçmiş müdafiəçi Birinci Liqa klubunda qalmayıb və yenicə oradan ayrılıb.

Hazırda azad agent olan Vardar Azərbaycana gəlməyə razılıq verib. Amma onun hansı komandaya keçəcəyi hələ ki, dəqiq deyil. Məsələ burasındadır ki, ona Premyer Liqamızın bir neçə klubundan təklif var.

Yayda “Neftçi”nin maraq dairəsində olduğu deyilən Vardara “Araz-Naxçıvan” da maraq göstərir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO