Daha iki boksçumuz Avropa çempionatının ¼ FİNALINDA

Daha iki boksçumuz Avropa çempionatının ¼ FİNALINDA

Hazırda oxunan: Daha iki boksçumuz Avropa çempionatının ¼ FİNALINDA
216036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

51 kq-da mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Skott Riçardsla (Uels) döyüşüb.

1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 1/4 finalda ispaniyalı Rafael Serrano ilə qüvvəsini sınayacaq.
 

Murad Allahverdiyev də ilk qarşılaşmasını xeyrinə bitirib. O, Aleksey Koktsikava (İBAB) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Allahverdiyev 1/4 finalda Matviy Rajba (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.


Qeyd edək ki, Avropa çempionatında kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO