Güləşçimiz Xorvatiyadakı Dünya Seriyasında çempion oldu - FOTO

Güləşçimiz Xorvatiyadakı Dünya Seriyasında çempion oldu - FOTO

Hazırda oxunan: Güləşçimiz Xorvatiyadakı Dünya Seriyasında çempion oldu - FOTO
215882
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanı Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasında təmsil edən Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) uğurlu çıxışla yadda qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Oyan Nəzərianinin rəhbərliyi altında çıxış edən R.Həsənov yekun nəticəyə əsasən, dünya ikincisi olub. İ.Yusubov isə titulunu qoruyaraq və üçüncü dəfə dünya çempionu adını qazanıb.

İ.Yusubov A qrupunda moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən idmançı finalda yenidən T.Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.

R.Həsənov da A qrupunda yer alıb. O, fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub - 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan güləşçi final mərhələsini gümüş medalla başa vurub.

Güləşçimiz Xorvatiyadakı Dünya Seriyasında çempion oldu - FOTO - foto 1
Güləşçimiz Xorvatiyadakı Dünya Seriyasında çempion oldu - FOTO - foto 2
Güləşçimiz Xorvatiyadakı Dünya Seriyasında çempion oldu - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO