Şahmat Olimpiadasında millilərimiz İtaliya yığmaları ilə üz-üzə gələcəklər

Şahmat Olimpiadasında millilərimiz İtaliya yığmaları ilə üz-üzə gələcəklər

Hazırda oxunan: Şahmat Olimpiadasında millilərimiz İtaliya yığmaları ilə üz-üzə gələcəklər
212114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gələcəklər.

Bizim.Media xəbər verir ki, qarşılaşmalar VIII tura təsadüf edəcək.

Kişilərdən ibarət kollektiv 10 xalla 14-cü pillədə qərarlaşıb. Lider Hindistanın 14, ikinci sıradakı İranın 13, Özbəkistanın isə 12 xalı var.

Qadınlar isə 10 xalla 19-cudur. Hindistan 14 xalla liderdir. Polşa və Qazaxıstan 12 xala malikdir.

Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub.

Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO