“Qarabağ” avqustun 28-də keçiriləcək cavab matçı ərəfəsində çətin vəziyyətə düşə bilərdi.
Bizim.Media xəbər verir ki, Julio Romao 3-cü sarı vərəqəni aldığından pley-offun cavab görüşünü buraxmalıydı.
Lakin UEFA-nın yeni qaydaları ağdamlıları sevindib. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir. UEFA-nın saytında da oyunçunun cəzalı olması barədə hər hansı qeyd yoxdur.
Beləliklə cavab matçında Romao Patrik Andrade ilə yanaşı oynaya biləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media