“Qarabağ”ın istədiyi qapıçı Bakıya GƏLİR

“Qarabağ”ın istədiyi qapıçı Bakıya GƏLİR

Hazırda oxunan: “Qarabağ”ın istədiyi qapıçı Bakıya GƏLİR

206318

“Qarabağ”ın transfer etməyə yaxın olduğu “Stal”ın (Mieleç) və Polşa millisinin qapıçısı Mateuş Koxalski bu həftə Azərbaycana gələcək. 

Bizim.Media “Meszyki.pl” portalına istinadən xəbər verir ki, 24 yaşlı qolkiper şəhər və klubun özündəki şəraitlə tanış olmaq üçün Bakıya təşrif buyuracaq. 
 

Koxalski transferə razılıq verərsə, “Stal” rəhbərliyi artıq ağdamlılardan gələn təklifi qəbul etdiyi üçün sövdələşmənin tez başa çatacağı gözlənilir. 


Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın bu transfer üçün təxminən 1 milyon avro ödəyəcəyi bildirilirdi.

Qeyd edək ki, Koxalski karyerası ərzində "Legiya", "Radomiak" komandalarında oynadıqdan sonra 2022-ci ildə "Stal"a keçib. Onun hazırkı komandası ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO