"DAK 1904"ün baş məşqçisi ÜZR İSTƏDİ

Hazırda oxunan: "DAK 1904"ün baş məşqçisi ÜZR İSTƏDİ

203631

"Oyunun nəticəsi birbaşa mənim səhvimdir. Futbolçularıma nəyin önəmli olduğunu istədiyim qədər çatdıra bilməmişəm. Azarkeşlərimizdən, xalqımızdan üzr istəyirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri "DAK 1904"ün baş məşqçisi Xisko Munyoz Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə uduzduqları oyundan (0:4) sonra təşkil olunan mətbuat konfransında deyib.

O, darmadağın olmaqlarını belə şərh edib:

"Geridönüş çətin olacaq. Bu gün kifayət qədər şansımız var idi. Amma rəqib daha istəkli, daha sürətli idi. Bu səhvlərdən nəticə çıxarıb, daha yaxşı oynamalıyıq. Komandama inanıram.

Oyunçularımın bacarığına bələdəm. Bir oyunla kifayətlənmirik. Hansı nöqtədə olduğumuzu bilirik. Növbəti oyun üçün birlik olmalıyıq. Çətin oyun olacaq. Necə olacağını görəcəyik. Mümkünsüz deyil, ümid var".

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO