Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacaq

Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacaq

Hazırda oxunan: Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacaq

191482

PSJ-nin futbolçusu Kilian Mbappe bu mövsümün sonunda Paris təmsilçisindən ayrılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə fransalı hücumçu "X" səhifəsində məlumat verib.

25 yaşlı oyunçu hazırkı klubu ilə bu mövsümün sonunda başa çatan müqavilənin müddətini yeniləməyəcəyini bildirib. Futbolçu deyib ki, PSJ-dən ayrılmaq onun üçün çətin olsa da, yeni çağırış vaxtıdır.
Xatırladaq ki, Mbapp e2018-ci ilin yayında “Monako”dan PSJ-yə transfer olunub. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub və 108 qolun ötürməsini verib.

Qeyd edək ki, Mbappenin adı "Real"la hallanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO