Birinci Liqa: Lider xal itirdi, MOİK və “Şamaxı” qalib gəldi

Birinci Liqa: Lider xal itirdi, MOİK və “Şamaxı” qalib gəldi

Hazırda oxunan: Birinci Liqa: Lider xal itirdi, MOİK və “Şamaxı” qalib gəldi

191287

I Liqada 25-ci tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, bu gün son 4 oyun baş tutub. 

“İmişli” – “Qaradağ Lökbatan” və “Mingəçevir” – “Zaqatala” oyunlarında qapılara qol vurulmayıb.  “Araz Saatlı” evdə MOİK-ə 5 cavabsız qolla uduzub. “Şamaxı” isə “Karvan”a 3 cavabsız qolla qalib gəlib. 

Xatırladaq ki, ilk oyun günündə “İrəvan”la “Difai Ağsu” da heç-heçə oynamışdı – 0:0.

I Liqa

25-ci tur

9 may

“Araz Saatlı” – MOİK 0:5

Qollar: Elmir Rəhimzadə, 38-pen; 47; 62. Cavidan Abbaszadə, 90. Elvin Valiyev, 90+2.

Hakimlər: Rövşən Rəcəbov, Asif Abdullayev, Sənan Atayev, Murad Səlimov.

“Şamaxı” – “Karvan” 3:0

Qollar: Emin Zamanov, 19. Qurban Səfərov, 38. Bəhruz Teymurov, 54.

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rəhman Aslanov, İslam Məmmədov.

“İmişli” – “Qaradağ Lökbatan” 0:0

Hakimlər: İnqiliab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Səbuhi Bayramov.

“Mingəçevir” – “Zaqatala” 0:0

Hakimlər: Rauf Allahverdiyev, Orxan İbişov, Aydın Baxşıyev, Vüqar Həsənli.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO