Nazir Avropa çempionu ilə görüşdü

Nazir Avropa çempionu ilə görüşdü

Hazırda oxunan: Nazir Avropa çempionu ilə görüşdü

190751

Mayın 6-da gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı qəbul edib.

Bizim.Media xəbər verir ki, gənc idmançını böyük uğuru münasibətilə təbrik edən nazir onun Avropa çempionluğunun ölkəmizdə şahmat idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Fətəliyeva göstərilən diqqətə görə təşəkkür edib. Xatırladaq ki, Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən şəxsi qitə çempionatında qızıl medal qazanaraq ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov və məşqçisi Yevgeni Tomaşevski iştirak ediblər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO