\

\"Bakı Marafonu 2024\"dən MARAQLI FOTOLAR

Hazırda oxunan: \"Bakı Marafonu 2024\"dən MARAQLI FOTOLAR

190545

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2024" keçirilib. Yarışda kişilər arasında türkiyəli Ahmet Alkanoğlu finişə birinci çatıb. Ukraynalı Boqdan Semenoviç ikinci, uqandalı İsmail Ssenyange 3-cü yeri tutub. Qadınlar arasında ukraynalı Natalya Simonoviç ötən marafonda olduğu kimi hamını qabaqlayıb. Azərbaycanlı Anna Yusupova 2-ci, qazaxstanlı Nelli Qaitova 3-cü olub.

2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Bizim.Media xəbər verir ki, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib.

Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar da var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.

Bugünkü yarışda çəkilən maraqlı fotoları diqqətinizə çatdırırıq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO