Nicat Hüseynov İddiaçılar Turnirində yenə heç-heçə etdi

Nicat Hüseynov İddiaçılar Turnirində yenə heç-heçə etdi

Hazırda oxunan: Nicat Hüseynov İddiaçılar Turnirində yenə heç-heçə etdi

188204

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.

Bizim.Media xəbər verir ki, 28 yaşlı qrossmeyster XIII turda hindistanlı Vidit Santoşla qarşılaşıb. Abasov qara fiqurlarla oynayıb.

Bu nəticədən sonra Abasov 3,5 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb. Santoş isə 5,5 xalla altıncıdır.

Qeyd edək ki, yarış sabah – aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO