
- A-
- A
- A+
Millimizin heyəti AÇIQLANDI - SİYAHI
Aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışında olacaq minifutbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, baş məqşçi Elşad Quliyev yığmaya 20 oyunçu cəlb edib.
Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”)
Müdafiəçilər: Müseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı “Zirə”)
Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı “Zirə”), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi “Aznur)
Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”)
Qeyd edək ki, komanda aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.
Xatırladaq ki, toplanış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Rəşad Rafiqoğlu, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































