“Sumqayıt” qələbə qazanıb play-off şansını artırdı – FOTO 

“Sumqayıt” qələbə qazanıb play-off şansını artırdı – FOTO 

Hazırda oxunan: “Sumqayıt” qələbə qazanıb play-off şansını artırdı – FOTO 

185932

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turunun üçüncü oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, "Sumqayıt" yerli publika önündə çempionatın lideri "Xəzri" klubunu qəbul edib. 

Oyuna fəal başlayan "Sumqayıt" sonradan hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 84-77 hesablı qələbə qazanaraq sürprizə imza atıb. Lider üzərində qazanılan bu qələbə ilə sumqayıtlılar pley-off şanslarını xeyli artırıblar. 

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Tay Rendal - 25 xal, 9 ribaund), "Xəzri" (Cordan Perkins - 21 xal, 7 ribaund). 







Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO