“Çelsi” Poçettinonun əvəzinə onu gətirmək istəyir

“Çelsi” Poçettinonun əvəzinə onu gətirmək istəyir

Hazırda oxunan: “Çelsi” Poçettinonun əvəzinə onu gətirmək istəyir

180192

"Çelsi" rəhbərliyi baş məşqçi Maurisio Poçettinonun işindən narazıdır. 

Bizim.Media xəbər verir ki, London təmsilçisi argentinalı mütəxəssislə yollarını ayıra bilər. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. 

Ölkə kubokunun finalında "Liverpul"a məğlubiyyət rəhbərliyi narazı salıb. "Çelsi" artıq yeni baş məşqçi postu üçün namizədi müəyyənləşdirib. Paytaxt klubu hazırda "Sportinq"i çalışdıran Ruben Amorimi komandaya gətirmək istəyir.
Qeyd edək ki, Maurisio Poçettino 2023-cü ilin yayında "Çelsi"nin baş məşqçisi postuna təyin olunub. "Mavilər" Premyer Liqada 25 turdan sonra 35 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO