"Qarabağ" "Kəpəz"ə qalib gəldi

Hazırda oxunan: "Qarabağ" "Kəpəz"ə qalib gəldi

175378

Misli Premyer Liqasında 20-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. 

Əvvəlcə lider "Qarabağ" "Kəpəz"in qonağı olub. Ağdam təmsilçisi hesabda 0:1 geri olsa da, son dəqiqədə penaltidən vurulan qolla 2:1 hesabı ilə qalib gəlib.

Günün digər qarşılaşmasında "Zirə" "Sabah"ı qəbul edəcək. Oyunun start fiti saat 17:30-da veriləcək. 

Qeyd edək ki, turun digər iki görüşü yanvarın 28-də keçiriləcək.

27 yanvar (şənbə)

15:00. “Kəpəz” – “Qarabağ” - 1:2

Qol: Olavale Onanuqa, 72 (1:0), Olavio Juninyo, 79 (1:1), Toral Bayramov, 90+6-pen.(1:2)

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov

Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu

28 yanvar (bazar)

15:00. “Araz-Naxçıvan” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev

“Dalğa Arena”

17:30. “Neftçi”– “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli

“Neftçi Arena”

26 yanvar (cümə)

“Turan Tovuz” – “Səbail” - 3:1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO