Referilərlə VAR hakimlərinin söhbətini hamı biləcək

Referilərlə VAR hakimlərinin söhbətini hamı biləcək

Hazırda oxunan: Referilərlə VAR hakimlərinin söhbətini hamı biləcək

169790

İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqanın rəhbərliyi hakimlərlə bağlı yeni qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə La Liqanın saytı məlumat yayıb. 

Bildirilir ki, artıq çempionatın oyunlarından sonra meydanda işləyən hakimlərlə VAR hakimləri arasında gedən söhbətlərin video və audio yazıları yayımlanacaq. 

Yazılar hər oyun gününün sonunda ictimaiyyətə təqdim olunacaq. Bu təcrübə ilk dəfə yanvarın 14-də, 20-ci turun oyunları zamanı tətbiq ediləcək.

Vurğulanır ki, belə tədbirlərin tətbiqi hakimlərin işini və yarışın özünü daha şəffaf edəcək. Nəticədə azarkeşlər hakimlərin matç zamanı nə üçün bu və ya digər qərar qəbul etdiyini daha yaxşı başa düşəcəklər.
Xatırladaq ki, İspaniya çempionatının 20-ci turuna “Almeriya” – “Jirona” matçı ilə start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO