İspaniya klubunun futbolçusu Braziliyada oğurlandı

İspaniya klubunun futbolçusu Braziliyada oğurlandı

Hazırda oxunan: İspaniya klubunun futbolçusu Braziliyada oğurlandı

169648

Braziliya yığmasının keçmiş futbolçusu Marselinyo Karioka qaçırılıb.

Bizim.Media xəbər verir ki, hadisə İtakakesetub şəhərində keçirilən konsertdən sonra baş verib.

Marselinyo bazar günü yoxa çıxıb. Onun avtomobili konsert keçirilən yerdən 25 km kənarda tapılıb. Artıq hüquq-mühafizə orqanları tərəfindən şübhəli qismində iki nəfər saxlanılıb.
Oğrular Marselinyonun ailəsi ilə əlaqə saxlayıblar. Onlar veteran futbolçunun azad edilməsi üçün 90 min real (təxminən 18 min dollar) tələb ediblər.

Qeyd edək ki, 52 yaşlı Karioka “Flamenqo”, “Korintians”, “Valensiya”, “Santos”, “Vasko da Qama” kimi klublarda çıxış edib. O, 4 dəfə Braziliya yığmasının şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO