"Tottenhem" onunla 6 illik müqavilə imzalayır

Hazırda oxunan: "Tottenhem" onunla 6 illik müqavilə imzalayır

168584

"Tottenhem" italiyalı müdafiəçisi Destini Udoji ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Tərəflər artıq yeni sözləşmə üçün razılaşıblar. 

KLUB rəhbərliyi 21 yaşlı futbolçunun çıxışından çox razıdır. Ötən həftə onlar 2029-cu ilin iyun ayına qədər müddəti olan müqavilə bağlamaq üçün anlaşıblar.
Udoji son transfer pəncərəsində 18 milyon avroya "Udineze"dən "Tottenhem"ə keçib. Bu mövsüm müdafiəçi komandanın heyətində bütün yarışlarda 14 matça çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib. Futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

"Transfermarkt" internet portalına görə onun təxmini dəyəri 25 milyon avrodur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO