Azərbaycan Premyer Liqasında daha iki oyun KEÇİRİLƏCƏK 

Azərbaycan Premyer Liqasında daha iki oyun KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında daha iki oyun KEÇİRİLƏCƏK 

160850

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, matçlardan biri Tovuzda, digəri Bakıda baş tutacaq. 

Günün ilk qarşılaşmasında “Kəpəz” “Zirə” ilə üz-üzə gələcək. Gəncə şəhər stadionu yenidən inşa olunacağı üçün “sarı-göylər” rəqibini Tovuzda qəbul edəcək. İlk dövrədən sonra aktivində 5 xalı olan “Kəpəz” autsayderdir. “Qartallar” isə 19 xalla ikinci pillədə qərarlaşıb. 

Bu oyun komandaların ölkə çempionatında ümumilikdə 18-ci dueli olacaq. Əvvəlki 17 matçın 3-də gəncəlilər, 7-də bakılılar qələbə qazanıb. Yeddi qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin üstünlüyü var – 23:16. 

“Zirə” son 6 oyunda qol vurub. “Kəpəz” son 9 matçda qalib gələ bilməyib. 

Günün digər oyunu isə “Sabah” və “Sumqayıt” komandaları arasında olacaq. Bakı klubu hazırda yeddi xalla 8-ci sırada yer alıb. “Gənclik şəhəri” təmsilçisi isə 11 xalla 7-ci pilləni tutur. 

İki komanda bunadək Premyer Liqada 19 dəfə qarşılaşıb. Bunların 10-u “Sabah”ın, 6-sı “Sumqayıt”ın xeyrinə başa çatıb. Üç qarşılaşmada heç-heçə qeydə alınıb. Meydan sahiblərinin vurduğu 37 qola qonaqlar 19 topla cavab veriblər. 

“Sabah” son dörd oyunda böyükhesablı “quru” qələbə qazanıb. “Sumqayıt” 7 matçda qalib gələ bilməyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO