Bu gün iki oyunla Premyer Liqanın VI turuna yekun vurulacaq

Bu gün iki oyunla Premyer Liqanın VI turuna yekun vurulacaq

Hazırda oxunan: Bu gün iki oyunla Premyer Liqanın VI turuna yekun vurulacaq

155563

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Mövsümə uğurlu start verən “Turan Tovuz” əks qrafik cızan “Qəbələ”ni qəbul edəcək. İlk xallarını ötən turda qazanan “qırmızı-qaralar” Tovuz səfərində də bunu təkrarlamağa çalışacaq.

Ayxan Abbasovun kollektivi isə qələbə təqdirində ikinci pilləyə qayıda bilər. Hazırda “Turan Tovuz”un 9, “Qəbələ”nin isə 3 xalı var.

Tura mərkəzi oyunla yekun vurulacaq. Çempionluğa iddialılar “Qarabağ”la “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Mövsümə qeyri-stabil nəticələrlə başlayan komandalar liderlər qrupundan çox uzaq düşməmək üçün qələbə qazanmaq niyyətindədirlər. “Qarabağ”ın hesabında 7, “Sabah”da isə 4 xal var.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO