Daha bir boksçumuz Yekaterinburq şəhərində yarımfinala yüksəldi - FOTO

Daha bir boksçumuz Yekaterinburq şəhərində yarımfinala yüksəldi - FOTO

Hazırda oxunan: Daha bir boksçumuz Yekaterinburq şəhərində yarımfinala yüksəldi - FOTO

151591

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 71 kq çəkidə çıxış edən boksçumuz Şəmsi Şahbazov tacikistanlı boksçu Abduahad Babaevi məğlub edərək yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, bununla da həmyerlimiz ən azı bürünc medalı təmin etmiş olub.

Yarımfinal görüşlərinə avqustun 22-də start veriləcək.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO