AFFA-da Birinci Liqa klubları ilə görüş KEÇİRİLDİ  

AFFA-da Birinci Liqa klubları ilə görüş KEÇİRİLDİ  

Hazırda oxunan: AFFA-da Birinci Liqa klubları ilə görüş KEÇİRİLDİ  
149879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA-nın inzibati binasında I Liqa klublarının rəhbərləri ilə görüş keçirilib.  

Bizim.Media xəbər verir ki, ilk dəfə geniş tərkibdə təşkil olunan tədbirdə əvvəlcə PFL-in idarə heyəti-prezident Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev klublarla müzakirələr aparıb.

Gündəlikdə bir sıra məsələlərə – yeni mövsümün startı, tətbiq ediləcək idman prinsipləri, legionerlə bağlı qaydalar, infrasruktur kimi mövzulara toxunulub.  

Görüşün ikinci mərhələsində AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, maliyyə rəhbəri Xalid Cavadov, maliyyə meyarları üzrə baş ekspert Bəhram Dadaşov iştirak ediblər.  

Onlar 2024/2025-ci illər mövsümündən etibarən tətbiq ediləcək lisenziyalaşdırma qaydaları, ayrılacaq maliyyə yardımı haqqında məlumat veriblər.  

Ümumilikdə 3 saata yaxın davam edən görüş səmərəli müzakirələrlə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO