İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO 

İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO 

Hazırda oxunan: İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO 
148533
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.  

Bizim.Media xəbər verir kimi, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.
 

MÖVZU İLƏ BAĞLI:

Cüdoçularımız Olimpiya Festivalında 9 medal QAZANDI - FOTO


Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar. Bu gün onlardan Ömər Cavadov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.  

Atletimiz birdən qaldırma hərəkətində 152 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

Cavadov təkana qaldırma hərəkətində 165 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub. Toplam 317 kq (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub. 

İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO  - foto 1
İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO  - foto 2
İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO  - foto 3

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO