“Qəbələ” Türkiyəyə getdi

“Qəbələ” Türkiyəyə getdi

Hazırda oxunan: “Qəbələ” Türkiyəyə getdi

145634

Premyer Liqa təmsilçilərimizdən xaricə hazırlığa gedən 5-ci klub "Qəbələ" olub.  

Bizim.Media xəbər verir ki, Konfrans Liqasındakı təmsilçimiz Türkiyənin Bolu şəhərinə 10 günlük təlim-məşq toplanışına yollanıb.  

Bakı - İstanbul hava reysilə səfərə çıxan "qırmızı-qaralar" ordan Boluya avtobusla 2 saatlıq yol qət ediblər.  

Xatırladaq ki, "Qəbələ" iyulun 20-dək davam edəcək toplanışda 3 yoxlama matçı keçirəcək  Komanda Türkiyədən Qəbələyə qayıdaraq Konfrans Liqasının II təsnifat mərhələsində "Omoniya" ilə ilk görüşə son hazırlığı keçirəcək. Kipr təmsilçisi ilə Qəbələ şəhər stadionundakı qarşılaşma iyulun 27-də baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO