Azərbaycan çempionatında finalın vaxtı açıqlanıb

Azərbaycan çempionatında finalın vaxtı açıqlanıb

Hazırda oxunan: Azərbaycan çempionatında finalın vaxtı açıqlanıb

130806

Kişi voleybolçular arasında Azərbaycan çempionatında I Liqanın final tarixi bəlli olub.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

“Express” və “Təhsil” arasında matç aprelin 16-da keçiriləcək. Görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Qarşılaşmanın start fiti isə saat 12:30-da çalınacaq. Ardınca I Liqa yarışlarında medal qazanan qadın və kişi komandaları mükafatlandırılacaq və çempionatın bağlanış mərasimi keçiriləcək.

Kişi voleybolçuların I Liqasının bürünc medalçısı artıq bəlli olub. “Hərbi İnstitut" həlledici matçda “Kapitalist” klubuna 3:0 hesabı ilə qalib gələrək üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, qadınların I Liqasında isə finalda “Azərreyl-2” klubunu 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb.

I Liqa (kişilər)

16 aprel

Final

12:30 “Express” - “Təhsil”


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO