“Qarabağ” Almeydanı daha bir il saxlamaq istəyir

“Qarabağ” Almeydanı daha bir il saxlamaq istəyir

Hazırda oxunan: “Qarabağ” Almeydanı daha bir il saxlamaq istəyir

129663

Riçard Almeyda daha bir mövsüm “Qarabağ”da qala bilər. Yığmamızın da üzvü olan milliləşdirilmiş braziliyalı yeni təklif alıb.  

Bizim.Media xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oyunundan razı qaldığı yarımmüdafiəçi razılıq verərsə, onunla bitən müqavilənin müddəti uzadılacaq.  

2012-ci ilin yayında Portuqaliyanın “Jil Visente” klubundan transfer edilən braziliyalı, 2018-də Qazaxıstan “Astana”sına keçsə də, orada çox qalmamış, məhz “Qarabağ”a 6 aylıq icarəyə gəlmişdi. Almeyda daha sonra BƏƏ-nin “Baniyas” klubunda çıxış etmiş, 2020-ci ildə “Zirə”yə gəlmişdi.  
2021-ci ilin yayından “Qarabağ”a qayıdan futbolçu yenidən Ağdam təmsilçisində sabit çıxışı ilə seçilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO