“Azərbaycanda güclü peşəkar kikboksçular nəsili yetişir”x9d

“Azərbaycanda güclü peşəkar kikboksçular nəsili yetişir”x9d

Hazırda oxunan: “Azərbaycanda güclü peşəkar kikboksçular nəsili yetişir”x9d

125373
XXII Azərbaycan Kikboksinq Çempionatının finallarının peşəkar səviyyədə keçirilməsi peşəkar idmançılarının formalaşmasına böyük təsir edəcək.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti Səbuhi Rəcəb bildirib.
“Bu gün Azərbaycanı beynəlxalq arenada təmsil edəcək peşəkar kikboksçular nəsili var. Onların hər biri ilə qürur duyuruq. Son illər Azərbaycan Kikboksinq Federasiyası ən uğurlu və inkişaf dövrünü yaşayır.

AKF olaraq artıq peşəkar yarışların ölkə xaricində deyil, məhz Azərbaycanın bir sıra rayon və şəhərlərində təşkili ilə bağlı planlarımız da var. Federasiya prezidenti, millət vəkili Adil Əliyev peşəkar kikboksun daha da inkişaf etməsi üçün bir sıra görüşlər keçirir, federasiyanın hər bir üzvünə öz məsləhətlərini verir və onların da fikirlərini dinləyir.

AKF olaraq bir çox veteran kikboksçumuz istər həvəskar, istər də peşəkarlar federasiyaya dəvət olunur. AKF-nin çətin və məsuliyyətli işlərində kənarda qalmamaları və birlik içində bütün vacib məsələlərin həlli üçün çalışmaları təklif olunur. Mən fürsətdən istifadə edib, Azərbaycan kikboksinqinin inkişafı üçün federasiyamıza dəstək olan bütün dost və qardaşlara həm bütün rəhbər heyət, həm də məşqçilər və idmançılar adından və öz adımdan təşəkkür edirəm.
Ümummilli lider Heydər Əliyevin "İdmana və idmançıya dəstək olan,mənə dəstək olmuş kimidir, idmana və idmançıya maneə törədən isə mənə maneə törətmiş kimidir. Gəlin Azərbaycan idmanının daha da inkişaf etməsi üçün birlikdə çalışaq”x9d",-deyə S.Rəcəb qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO