"Tesla" Çindən 430 mindən çox avtomobili geri çağırır

Hazırda oxunan: "Tesla" Çindən 430 mindən çox avtomobili geri çağırır

107840

Amerikanın elektrik avtomobil istehsalçısı olan "Tesla" park işıqları ilə bağlı problemlərə görə 435 mindən çox Model 3 və Model Y avtomobilini Çin bazarından geri çağıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata əsasən, proqram xətası səbəbindən avtomobilləri işə salarkən elektrik avtomobillərin hər iki və ya bir tərəfindəki arxa park işıqlar işləməyə bilər.
Bu, zəif görmə şəraitində toqquşma riskini artırır.

Geri çağırılmaya 2020-ci ilin dekabrından 2022-ci ilin noyabrına qədər istehsal olunmuş 142 min Model 3 və 2021-ci ilin yanvarından 2022-ci ilin noyabrına qədər istehsal xəttindən çıxarılan təxminən 293 min Model Y daxildir. "Tesla" problemi həll etmək üçün proqram yeniləməsini buraxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO