Benzema karyerasında ilk dəfə qol vura bilmədi

Benzema karyerasında ilk dəfə qol vura bilmədi

Hazırda oxunan: Benzema karyerasında ilk dəfə qol vura bilmədi

102686

"Real"ın futbolçusu Kərim Benzema karyerasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində qol vura bilməyib.

Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 2022/23 mövsümündə turnirin bu mərhələsində 4 matç keçirib.

O, yalnız "Şaxtyor"a (Donetsk, Ukrayna) qarşı görüşlərdə (2:1, 1:1) əvvəldən sonadək mübarizə aparıb. Fransalı futbolçu "Seltik"lə səfər oyununa (3:0) start heyətdə başlayıb və 30-cu dəqiqədə zədə səbəbindən əvəzlənib.
O, bu komandaya qarşı ötən gün keçirilən ev matçında (5:1) 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb. "Leyptsiq"lə hər iki görüşü (2:0, 2:3) buraxan Benzema 4 oyunun heç birində qol vurmağı bacarmayıb.

Bu, Benzemanın karyerasında ilk belə haldır. Forvard daha əvvəl həm "Lion"un, həm də "Real"ın heyətində ÇL-in qrup mərhələlərində qolla fərqlənib.

Qeyd edək ki, Benzema 2009-cu ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, "Lion"un yetirməsidir və 2004-2009-cu illərdə bu klubun əsas komandasında çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO