Azərbaycan xilasedicisi:

Azərbaycan xilasedicisi: "Sona qədər Türkiyənin yanında olacaq, işlərimizi davam etdirəcəyik"

Hazırda oxunan: Azərbaycan xilasedicisi: "Sona qədər Türkiyənin yanında olacaq, işlərimizi davam etdirəcəyik"

595854
"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sona qədər Türkiyənin yanında olacaq, sona qədər də dağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində işlərimizi davam etdirəcəyik".
 
Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicisi Pərviz Salmanov deyib.
 
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə işləri davam edir. Burada qruplar şəklində fəaliyyət göstəririk. Hazırda şəhər ərazisində yerləşən 7 mərtəbəli binanın dağıntıları altında bir nəfərin meyiti aşkarlanıb. FHN-in bir qrupu həmin şəxsin meyitini çıxarmaq üçün işlər aparır. Digər qrup isə həmin binanın dağıntıları altında sağ qaldığı ehtimal edilən şəxsin çıxarılması işlərini həyata keçirir", - FHN əməkdaşı vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO