Ziya Məmmədovun işçiləri Bakıda dəhşətli qəzaya səbəb oldular - 4 ölü

Ziya Məmmədovun işçiləri Bakıda dəhşətli qəzaya səbəb oldular - 4 ölü

Hazırda oxunan: Ziya Məmmədovun işçiləri Bakıda dəhşətli qəzaya səbəb oldular - 4 ölü

37871
Bakının 20 Yanvar dairəsində dəhşətli avtomobil qəzası baş verib. Lent.az-ın məlumatına görə, 01 BL 554 dövlət nömrə nişanlı “Daewoo Nexia” qarşısında hərəkətdə olan “Şaqman” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilindəki 4 nəfərin hamısı yerindəcə keçinib. Onlardan 2-sini avtomobildən çıxarmaq mümkün olsa da, qalanları avtomobilin hissələrinə qarışıb.
Dəhşətli qəza ilə bəzi təfərrüatlar məlum olub. Şahidlərin dediyinə görə, avtomobilindən taksi kimi yararlanan sürücü Bakının Müşviqabad qəsəbəsindən Bakıya gəlirmiş. O, 20 Yanvar metrosuna doğru dönmək istərkən, qarşısındakı yük maşınına çırpılıb. Nəticədə sürücü və sərnişinlərin hamısı dünyasını dəyişib. Artıq onlar avtomobildən çıxarılıblar.

“Şaqman”ın sürücüsü jurnalistlərə açıqlamasında hadisəni nəql edib. Deyib ki, onun maşınını nəqliyyat müfəttişləri saxlayıblar. Sürücü müfəttişlərlə söhbət etdiyi vaxt avtomobilin “Şaqman”a çırpıldığını görüb. Qəzanı görən müfəttişlər dərhal hadisə yerindən uzaqlaşıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO