Yaqub Məmmədov generalı İrandan niyə geri qaytardı?  - Çevriliş cəhdi, yoxsa səriştəsizlik...

Yaqub Məmmədov generalı İrandan niyə geri qaytardı? - Çevriliş cəhdi, yoxsa səriştəsizlik...

Hazırda oxunan: Yaqub Məmmədov generalı İrandan niyə geri qaytardı? - Çevriliş cəhdi, yoxsa səriştəsizlik...

269581
Bir neçə gündən sonra Şuşanın işğalının 27-ci ildönümünü hüznlə qeyd edəcəyik.

Moderator.az olaraq Milli Qvardiyanın keçmiş komandiri, həmin dövrdə ölkədə baş verən proseslərin içərisində olmaqla ölkənin siyasi palitrasına hamıdan yaxşı bələd olan polkovnik Əzizağa Süleymanovun 1992-ci ildə işğal ərəfəsində ölkədəki real siyasi şəraitlə bağlı silsilə yazılarını təqdim edəcəyik:


Ali Dövlət və hakimiyyət idarəetmə orqanlarınım mühafizə idarəsinin Şöbə rəisi polkovnik Tofiq Rəsulov Nazirlər Kabinetinin həyətinə mülki formada çıxmışdı. O bizi görən kimi mənə demişdi ki, yenə bu adam yeyənləri gətirib tökdün bura. Sizin əlinizdən güclə qurtarmışdıq. Ona deyəndə ki, postlara göstəriş ver heç kimi içəri buraxmasınlar, Prezident Aparatı və Nazirlər Kabinetinin inzibati binası Müdafiə Nazirliyinin əsgərləri tərəfindən mühasirəyə alınıb, Tofiq Rəsulov özünü itirmişdi. Necə yəni mən elə bilirdim ki, bu sizin əsgərlərdir. Tofiq müəllimlə birlikdə tez daxildən Nazirlər Kabinetinin inzibati binasının ikinci mərtəbəsinə qalxıb əsgərlərin inzibati bina ətrafında necə mövqe tutmalarını nəzərdən keçirtdik. Tofiq Rəsulov ikinci mərtəbədəkixa0 kabinetlərin birinə keçib tabeçiliyində olan postaçı polis nəfərlərinə telefon vasitəsi ilə zəng edərək göstəriş vermişdi ki, ehtiyatlı olun, binadan heç kim çölə çıxmasın, heç kim də binaya daxil olmasın. Tofiq Rəsulovun həyacandan sifəti titrəyirdi. Ona ürək-dirək verib sakitləşdirdim ki, narahat olmasın. Az bir vaxtda bütün Milli Qvardiyaçılar burada olacaq. Sonra da onunla bərabər birinci mərtəbəyə düşdük. Tofiq Rəsulov kabinetinə keçərək dövlət telefonu ilə Ali Sövetin sədrinin birinci müavini və o zamanxa0 ölkədə cavabdeh şəxs kimi vəzifə səlahiyyətinə malik olan Ziyad Səmədzadəyə zəng edib, Müdafiə Nazirliyinin əsgərləri tərəfindən prezident aparatının və Nazirlər Kabinetinin inzibati binasınınxa0 mühasirəyə alındığı barədə məlumat verdi. Ali Sovetin sədrinin birinci müavinixa0 Ziyad Səmədzadə bu barədə məlumatsızxa0 olduğunu telefonda Tofiq Rəsulovaxa0 söyləmişdi.xa0 Ziyad Səmədzadə Tofiq Rəsulova telefonda göstəriş vermişdi ki, heç kimi içəri buraxmayın, Milli Qvardiya komandanına göstəriş verəcəm sizə köməyə gələcəklər. Tofiq müəllim Ziyad Səmədzadəyə deyəndə ki, qvardiyaçıların bir hissəsi artıq binaya daxil olub, ətrafı mühafizəyə götürüblər, Ziyad Səmədzadə Qvardiyanın vaxtında hadisədən xəbər tutub Prezident Aparatını mühafizəyə götürməsinə sevindi.xa0 Ziyad müəllimxa0 Tofiq Rəsulova telefonda əlavə göstərişlər verib onunla tez-tez telefon əlaqəsində olmasını istədi. Ziyad müəllim göstəriş verdi ki, Siz möhkəm durun, mənxa0 öyrənim görüm bu nə məsələdir deyə telefonun dəstəyini yerinə qoydu.xa0
xa0xa0
Deyəsən Nazirlər Kabinetinin ətrafınaxa0 Müdafiə Nazirliyinin rəhbərlərinin əmri ilə hansı hərbi hissədənsə Milli Ordu əsgərləri təzə gəlmişdilər bir neçəsi maşınlardan hələ indi düşürdü. əsgərlərin sayına fikir verəndə hiss olunurdu ki haradasa onların sayı bir hərbi taborun şəxsi heyətinin sayına bərabər idi. Axşam saat 20 radələri idi. Tofiq Rəsulovla onunxa0 kabinetindən cıxıb idarənin giriş qapısına gəlmişdik.xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Dəhlizə çıxandaxa0 bizdən bir az aralı əsgər və zabitlərə göstəriş verənxa0 polkovnik-leytenant rütbəli zabit bizi görmüşdü. O yaxında duran əsgərə göstəriş vermişdi ki, öyrənin görək onlar kimdirlər. Bizə yaxınlaşan əsgər bir az bundan qabaq qvardiyaçılarxa0 binaya daxil olan zaman bir zabitlə bizə yaxınlaşmışdı. Odur ki, o məni görən kimi gur səslə komandirinə məlumat vermişdi ki, bizim xüsusi təyinatlı dəstənin komandirləridir. Zabit əsgərdən bu sözüxa0 eşidəndə əsgərin üstünə qışqırmışdı ki, sən dəli olmusan, nə xüsusi təyinatlı dəstə, bunlar binaya nə vaxtı girdilər, siz hara baxırdınız? Əsgər ona söyləyirdi ki, 15-dəqiqə bundan əvvəl bir KAMAZ dolu silahlı hərbiçi binaya daxil oldular. Bizə dedilər ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsiyik. Zabit əsgərin üstünə daha da əsəbləşəndə ona əlimlə yuxarı baxmağı işarə etmişdim. Zabit yuxarı baxanda inzibati binanın üst mərtəbəsindən pulemyotun ona sarı tuşlandığını görüb yerindəcə donmuşdu. Milli Qvardiyaçıların Nazirlər Sovetinin İnzibati binasının hər tərəfindən Müdafiə Nazirliyinin əsgərlərini nişangahda saxladığını görən Tofiq Rəsulov ürəklənib zabit və əsgərlərə göstərişlər verən həmin zabitə yaxınlaşıb kimlikləri ilə maraqlanmışdı. Zabit ona kobud surətdə cavab verərək bildirmişdi ki, sənə dəxli yoxdur biz kimik, bizi kim göndərib. Biz əmr yerinə yetiririk. Deyiblər gedin ora, gəlmişik. Bu əsgərlər nə qədər lazımdırsa burada qalacaqlar. Tofiq Rəsulov zabitin ona kobud cavab verdiyini görəndə zabitə söyləmişdi ki, kimliyindən aslı olmayaraq binaya yaxınlaşan silahlı şəxsə atəş açılacaq. Bu əmr dövlət rəhbərliyi tərəfindən mənə verilib. Sizin bura nə səbəbdən gəlməyinizdən rəhbərliyin xəbəri yoxdur. Bura nə səbəbdən gəlməyinizi bilməsəm də sizi məlumatlandırıram Prezident Aparatı, Nazirlər Kabineti Ali Sovetin inzibati binaları Milli Qvardiyaçılarla doludur. Bir artıq hərəkətiniz sizə baha başa gələ bilər. Tofiq Rəsulovun bir az özündən şişirtmələri də var idi. Qabağındakı adamla elə danışırdı ki, dediyi sözlərin düz olub olmaması həmin adama sonradan çatırdı. İndi də deyəsən qarşısında duran Milli ordunun zabitini söz atəşinə tutub dediklərinə inandırmağa çalışırdı. Zabitlə qısa söhbətdən sonra Tofiq Rəsulov qayıdıb bizim yanmıza gəlmişdi. Ondan soruşanda ki, zabiti yaman sıxışdırmışdın, gülərək söyləmişdi ki, day demə nə göpladım. Mina belə, pulemyot belə, deyəsən ağlına batdı. Soruşmuşdum ki Tofiq müəllim, sizin hal hazırda postlarda nə qədər silahlı polis nəfəriniz var.?- demişdi var ki, cəmi 10 nəfər postaçıdır. Onlar da bir himə bənddilər hay küy düşən kimi qaçacaqlar. Onlar bu əsgərlərin Milli ordunun əsgərləri olduğunu qabaqcadan bilsəydilər siz gələnə qədər biri də postda qalmayacaqdı. Özün şahidi olmusan ki, neçə dəfələrlə aparatın qabağında hay-küy düşən kimi yığışırlar ətrafıma. Doğrudan da Tofiq müəllimin söylədiyi kimi idi. Neçə dəfələrlə postda duran polis nəfərinin buna bənzər hadisələr zamanı bir bəhanə ilə postu özbaşına tərk etdiyinin şahidi olmuşduq. Mən Tofiq müəllimə söyləmişdim ki, icazə verin sizin kabinetnizdən dövlət telefonu ilə komandana buradakı vəziyyət barəsində məlumat verim. Bizim də burada canlı qüvvəmiz azdır. Əlavə qüvvə lazımdır. Tofiq müəllimin kabinetinə keçib dövlət telefonu ilə Milli Qvardiya komandanı Azər Babayevə binaya daxil olub, bina ətrafında Milli ordu əsgərləri ilə bağlı gördüklərimi məruzə etmişdim və ona söyləmişdim ki, inzibati binaların müdafiəsi üçün burada olan canlı qüvvəmiz cox azdır. Bir yandan da gecə düşüb. Ətraf o qədər də işıqlandırılmayıb. Azər Babayev Prezident Aparatının inzibati binasına maneəsiz və hadisəsiz daxil olduğumuzu eşidəndə bizəxa0 təşəkkürünü bidirmişdi. Mənə tapşırmışdı ki, hal hazırda sənə kömək göndərə biməyəcəyəm. Elxan Dadaşov iki tağım qvardiyaçılarla dolu kamaz maşınlarla sənə köməyə gediblər. Onlar binaya daxil olmayıb ora gələn əsgərlərin arxasında mövqe tutacaqlar. Elxan Dadaşovla çalışın rabitə əlaqəsinə girməyin. Danışıqlarınızı qarşı tərəf dinləyə bilər. Lazım olsa o sənə hansı tərəfdə olduqları barədə məlumat verəcək. Sən binaların giriş - çıxışına tam nəzarət elə. Ali Sovetin sədirinin birinci müavini Ziyad Səmədzadə ilə indi telefonla danışmışam. Ora göndərilən tabor Müdafiə Naziri Rəhim Qaziyevin göstərişi ilə Gəncədən Şuşa cəbhə bölgəsinə göndərmək üçün hazırlanmış tabordur. Nə məqsədlə Bakıya gətirilməsi rəhbərlik tərəfindən araşdırılır. Milli ordu əsgərlərinin prezident aparatı və Nazirlər Sovetinin önünə gətirilməsi barəsində heç bir dövlət rəhbərliyi göstəriş verməyib. Azər Babayev biləndə ki, polis şöbəsinin rəisi Tofiq Rəsulov mənim yanımdadır onunla da telefonda yaranmış vəziyyətlə bağlı danışdı. Bundan sonra artıq bizə məlum idi ki, çöldə bizimlə üzbə-üz duran taborun əsgərləri hər an binaya hücum edə bilərlər. Bu zaman Tofiq Rəsulovun kabinetinə zəng edən idarə növbətçisi Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Mühafizə İdarəsininxa0 rəisi general-mayor Vaqif Axundovun İrandan zəng vurub onunla danışmaq istədiyini soyləmişdi. Tofiq müəllim telefonu götürüb həyacanlı şəkildə Vaqif Axundova çöldə gördükəri silahlı hərbiçilər barəsində məruzə edirdi. Vaqif Axundov hadisə barədə məlumatım var deyə telefonda səsini qaldırmışdı. Ziyad Səmədzadə İrana zəng edib, Yaqub Məmmədova məlumat verib, niyə birinci sizin xəbəriniz olmayıb, Qvardiyaçılar xəbər tutublar. İndi Qvardiyaçılar haradadırlar, nə tədbir görmüsünüz? Vaqif Axundov Tofiq Rəsulovdan gördükləri tədbir barəsində məlumat istəyirdi. Tofiq Rəsulov ona telefonda söyləyirdi ki, qvardiyaçılarxa0 binaları mühafizəyə götürüblər. Şöbənin yalnız 10 nəfər postda duran əməkdaşıxa0 var. Əlavə qüvvə çağıra bilmirəm, bir tərəfdən hərbçilər yolları tutublar, o biri tərəfdən də qvardiyaçılar heç kimi nə içəri, nə də çölə buraxır. Komandirləri dəxa0 Əzizağa Süleymanovdur. Telefonda Vaqif Axundov Tofiq Rəsulova nə dedisə gördüm ki, Tofiq müəllimin qanı qaraldı. sifəti qapqara oldu. O telefonu yerinə qoymuşdu. Ondan soruşanda ki, nə olub? Tofiq məlim söyləmişdi ki, Yaqub Məmmədov Vaqif Axundovuxa0 İrandan geri qaytarır. Vaqif Axundov mənimlə telefonda çox əsəbli danışdı. Deyəsən burada nəsə var.

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO