Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Primorsk heyvanat parkına çoxaldılması üçün Praqdan gətirilən erkək bəbir Velikoros və ukraynadan gətirilən dişi bəbir Rona ilk görüşdəcə savaşmağa başlayıblar.
“İlk dəqiqələrdə bəbirlər qonşu ev pişikləri kimi bir-birindən yapışıb burda kimin başçı olduğunu aydınlaşdırmağa başladılar. Bir qədər keçdikdən sonra onlar daha iki dəfə tutaşdılar” - xəbərdə belə deyilir.
Velikoros ön sağ pəncəsindən bir balaca yaralanıb, Ronanın da burnu sıyrılıb. Parkın əməkdaşları deyir ki, belə hay-küylü qarşılaşma bəbirlər üçün normal haldır. Bundan sonra bəbirlər sakitləşib, bir-birləri ilə maraqlanmağa başlayıblar. Dişi erkəyin bir metrliyinə yaxınlaşıb və özünü ağaca sürtüb. Velikoros əvvəlcə buna məhəl qoymayıb, amma sonra rəfiqəsini izləməyə başlayıb.xa0
xa0
Indi iki yırtıcı hər gün bir yerdə gəzişir...





































































































