Şuşadakı məscidimizi qazax milyonçu təmir etdirir  - GÖZLƏNİLMƏZ...

Şuşadakı məscidimizi qazax milyonçu təmir etdirir - GÖZLƏNİLMƏZ...

Hazırda oxunan: Şuşadakı məscidimizi qazax milyonçu təmir etdirir - GÖZLƏNİLMƏZ...

210664
Ermənilərin 2015-ci ildən Şuşadakı Yuxarı Gövhərağa məscidini təmir etmələri xəbəri çoxdan yayılıb.xa0

Moderator.az yazır ki, “KarabakhTV”-ninxa0 verdiyi növbəti xəbərdə Azərbaycan üçün ən gözlənilməzi isə məscidin təmir-tikinti işlərinin Qazaxıstanlı milyonçu tərəfindən maliyyələşdirməsidir.xa0

Məsələ ondadır ki, işğal altındakı Azərbaycan torpağındakı məsciddə təmir-bərpa işləri və Ermənistan Təşəbbüslərin İnkişafı və Şərq Tarixi İrsinin İntibahı fondlarının proqramı əsasında həyata keçirilir. Qazax sahibkar Kayrat Boranbayev isə Ermənistan Təşəbbüslərin İnkişafı fondunun donorlarından biridir.xa0xa0

2015-ci ildə müsəlman hesab edilən, Rusiya müftilər Şurası tərəfindən “Əl-Fəxr” Şöhrət ordeni ilə təltif edilən qazax iş adamı Ermənistana və Dağlıq Qarabağa səfər edib. Şuşada sözügedən məscidi görən Boranbayev bərpa işlərinin xərcini öz üzərinə götürüb və bu məqsədlə iri məbləğdə ianə ayırıb.

Adının mənası Azərbaycan türkcəsində “qeyrət” mənasını verən qazaxıstanlı milyonçu, ölkəsindəki nəhəng “Almalı” holdinqin rəhbəri olan Kayrat Boranbayevin işğalçı ölkəyə və separatçı-terrorçu rejimə hansı məqsədlə və kimin xeyir-duasıylaxa0 dəstək verməsi və s.xa0 xüsusları araşdırmaq isə Azərbaycan Xarici İşlər Nazirliyinin və eyni soylu(!), eyni dinli(!) Qazaxıstanın Azərbaycandakı səfirliyinin vəzifəsidir...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO